Ukraynada iki ABŞ vətəndaşı əsir düşdü: Kremldən rəsmi açıqlama gəldi

10:48 21 İyun 2022

Ukraynada döyüşən iki ABŞ vətəndaşı əsir düşüb.

Bu barədə açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukrayna tərəfində döyüşərkən saxlanılan iki ABŞ vətəndaşı rus əsgərlərinin həyatına təhlükə törədib, onlar muzdlu əsgərlər olduğu üçün  əməllərinə görə məsuliyyət daşımalıdırlar.

Sitat.info xəbər verir ki, Peskov bu şərhi ilə Aleksandr Drueke və Andy Huynh adlı iki amerikalının saxlanılaraq istintaqa cəlb edildiyini ilk dəfə rəsmi şəkildə təsdiqləyib.

Qeyd edək ki, ABŞ-ın Alabama ştatının Hartselle şəhərindən olan 27 yaşlı Endi Huynh və  Alabama ştatından olan 39 yaşlı Alexander Drueke kimi tanıdığı iki nəfər Rusiya hərbçiləri tərəfindən saxlanılıb və istintaq altındadırlar. 

Bu şəxslərin muzdlu olduğunu iddia edən Peskov deyib ki, onlar Ukrayna ərazisində qeyri-qanuni fəaliyyətlə məşğul olublar: " Onlar hərbçilərimizin atəşə tutulmasında iştirak ediblər. Əsgərlərimizin həyatını təhlükəyə atıblar". 

Safura Bənnayeva,

Sitat.info



Xəbər xətti