Qarabağ günəş enerjisinin inkişafı üçün böyük potensiala malikdir.
Sitat.info xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov "Azərbaycanda bərpa olunan enerji mənbələri" mövzusunda dayanıqlı inkişaf üzrə Almaniya-Azərbaycan forumunda deyib.
"Qarabağ günəş elektrik enerjisinin istehsalı üzrə yaxşı potensiala malikdir və yalnız Naxçıvandan geri qalır". Trend onun dediklərindən sitat gətirib.
Nazir müavini Qarabağın "yaşıl" zonaya çevrilməsi prosesi barədə də danışıb.
"Qarabağda bütün enerji mənbələri alternativ enerjiyə əsaslanacaq. Məsələn, biz artıq 4 kiçik su elektrik stansiyasını bərpa etmişik və ilin sonunadək daha 18 stansiyanın bərpası planlaşdırılır. Bu, özəl investorların hesabına baş verəcək", - E.Sultanov deyib.
O, həmçinin "ACWA Power" və "Masdar" şirkətləri ilə ümumi istehsal gücü 470 meqavatt gücündə günəş və külək elektrik stansiyalarının tikintisi çərçivəsində təməlqoymanı da xatırladıb.
"2030-cu ilədək Azərbaycan bərpa olunan enerji mənbələrinin gücünü 30 faiz artırmalıdır, amma bu göstərici növbəti illərdə daha da artırılacaq", - E.Sultanov vurğulayıb.
/Bizim.media