İzmirin 16 vilayətində cinayət işinin araşdırılması çərçivəsində 47 şübhəli şəxsin tutulması barədə qərar qəbul edilib.
Sitat.info xəbər verir ki, İzmirin Baş Prokurorluğuna, FETO ilə bağlı araşdırmalar çərçmivəsində məlum olub ki, təşkilat taksofon və ya köşklərdə quraşdırılmış stasionar telefonlarla hərbi sistemdə 50-dən çox şəxslə əlaqə yaradıb. Onlardan 23 -ü Quru Qoşunları, 1- i Hərbi Dəniz Qüvvələri, 5-i HHQ komandanlığı və 27- i Jandarma Baş Komandanlığında çalışırmış.
Ümumilikdə 47 şübhəli şəxsin, o cümlədən 31 hərbi qulluqçunun həbsə alınması barədə qərar qəbul edilib. Onlardan 16-sı dövlət çevrilişi cəhdindən sonra hərbi məktəbin şagirdləri olub.
Terrorizmə qarşı mübarizə üzrə polis şöbəsinin, \Jandarma Kəşfiyyat İdarəsinin və Komandanlığının əməkdaşları İzmirin 16 vilayətində şübhəlilərin həbsi üzrə eyni vaxtda əməliyyata başlayıblar.
Müəyyən edilib ki, həbs edilmiş şübhəli şəxslərdən 1 nəfəri polkovnik, 28 nəfəri yuxarı rütbədə, 2 nəfəri isə çavuş rütbəsində olub.
Səid İsaoğlu,
Sitat.info