Təbrizlilər divarlara yazdı: “Milli Hökumət”

15:35 21 İyun 2022

İyunun 20-i axşam saatlarında Təbrizdə bir qrup güneyli milli mədəni fəal Azərbaycan türklərinin əsas şüarları olan “Azadlıq, ədalət, milli hökumət” şüarı və azərbaycanlı siyasi məhbusların şəkillərinin yer aldığı posterlər hazırlayıb, şəhərin divarlarına yapışdırmaqla onlara azadlıq tələb ediblər.

Sitat.info xəbər verir ki, 8 güneyli siyasi məhbusun şəkillərinin əks olunduğu posterlərdə “Güney Azərbaycanın siyasi məhbuslarına azadlıq” şüarı və “Azadlıq, ədalət, milli hökumət” sözləri yazılıb.

/Axar.az



Xəbər xətti