Nərmini yandırıb videoya çəkiblər - Görüntülər...

16:18 21 İyun 2022

Şərif Quliyev: “Görüntülər var, hamısını görəcəksiniz. İstintaq davam edir, məhkəmə yekunlaşandan sonra görüntülər kanallarda göstəriləcək"

 

"Prosesə sədrlik edən hakim məzuniyyətə çıxdığına görə, araşdırma təxirə salınıb. İyulun 13-də məhkəmə baş tutacaq".

Bu sözləri "sherg.az"a açıqlamasında müəmmalı şəkildə qətl olunan Nərmin Quliyevanın atası Şərif Quliyev bildirib.

Ş. Quliyevin fikirlərinə əsasən,  Nərminin nənəsi  Minayə İsmayılova  vaxtı  səhv deyib: "Təxminən 22:00 radələrində qızım Şəbnəmlə onlara getmişik. Ağbirçək qadındı, zamanı dəqiq deyə bilməyib. Qarşı tərəf yalan iddialar irəli sürür. Şübhəli şəxs olan İlkininin ( Süleymanov ) guya, haqlı olduğunu deyirlər.  O videoçəkilişlə etiraf edib. Nərmini yandırıb çəkdiyi görüntülər də var. Hamısını görəcəksiniz. İstintaq davam edir, məhkəmə yekunlaşandan sonra görüntülər kanallarda göstəriləcək".

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkarlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda araşdırma davam edir.



Xəbər xətti