Bu gün günorta saatlarında Rusiya Xarkovda yaşayış məntəqələrini intesiv atəşə tutub. 7 nəfər ağır yaralanıb, 1 uşaq həlak olub. İşğalçılar Xarkovun yaşayış məntəqələrini yenidən atəşə tutur və dinc əhaliyə qarşı terror törədirlər. Partlayışlardan sonra elektrik, su, rabitə xətlərində fasilələr yaranıb"
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Xarkov vilayətinin rəhbəri Oleq Sinegubov öz telegram kanalında təsdiqləyib.
Vilayət nümayəndəliyi sakinlərinə müraciət edərək, mümkün qədər diqqətli olmaq və vacib olmadıqca küçələrə çıxmamağı xahiş edib. Xarkov Vilayət Şurası sədrinin müşaviri Natalya Popova isə yazır ki, Xarkovun bu gün atəşə tutulması zamanı bir uşaq həlak olub. Xatırladaq ki, dünən Rusiyanın Xarkova atdığı ballistik raketlərdən biri Xarkov metrosunun obyektinə düşmüşdü.
Safura,
SİTAT.İNFO