Dərslər sentyabrın 1-dən başlayacaq? - AÇIQLAMA

18:56 21 İyun 2022

Təhsil Nazirliyi tədris ilinin sentyabrın 1-də başlaması ilə bağlı fikirlərə münasibət bildirib.

SİTAT.İNFO xəbər verir ki, nazirlikdən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu məsələ müzakirə olunmur:

“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli Qərarının 2.3 - cü bəndinə əsasən, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır. Növbəti il iyunun 14-də başa çatır. Hazırda bu prosesin dəyişdirilməsi müzakirə olunmur”.

Qeyd edək ki, deputat Fazil Mustafa və təhsil ekspertləri tədris ilinin sentyabrın 1-dən başlaması ilə bağlı təklif irəli sürüblər.



Xəbər xətti