Tokayevdən comərd addım: Ukraynanın ərazi bütövlüyünü dəstəklədi

00:21 22 İyun 2022

"Dövlətlərin ərazi bütövlüyü BMT Nizamnaməsində yazıldığı kimi toxunulmaz olmalıdır".

Sitat.info xəbər verir ki. bu izahatı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qondarma “LPR” və “DXR”in tanınmaması ilə bağlı bəyanatında deyib.

Dövlət başçısı bu barədə Qətər İqtisadi Forumunda çıxışı zamanı deyib: "BMT Nizamnaməsində qeyd edildiyi kimi, dövlətlərin ərazi bütövlüyü toxunulmaz olmalıdır".

"Dövlətlərin ərazi bütövlüyünü qiymətləndirdiyimizi deyərkən mən BMT Nizamnaməsinin əsas prinsipini nəzərdə tuturdum. Ona görə də mənim nöqteyi-nəzərimdən ərazi bütövlüyü üstün tutulmalıdır".

Qazaxıstan prezidenti öz bəyanatında faktiki olaraq Ukraynanın sərhədlərinin toxunulmazlığını dəstəkləyib.

Rusiyalı müxalifətçi Gennadi Qudkovun sözlərinə görə, Tokayev açıqlamasında Putinin uduzduğuna eyham vurub. Qazaxıstan rəhbəri göstərib ki, o, Rusiya Federasiyasının prezidenti ilə iş görmək istəmir, çünki bu, problemlərə gətirib çıxara bilər.

Nigar, 

Sitat.info



Xəbər xətti