Ukrayna Silahlı Qüvvələri fevralın 24-dən indiyədək 34 mindən çox rus hərbçisini məhv edib. Bu rəqəmlərə Kadırovun göndərdiyi hərbçilər də daxildir.
Sitat.info xəbər verir ki, Ukrayna mediası dəhşətli bir məlumat açıqlayıb.
Məlum olub ki,bu müharibədə daha çox monqol və çeçen əsgərləri ölür.
"Apostrof" nəşrinə xəbər verir ki, hərbi ekspertlər bunun səbəbini belə izah ediblər. Ekspert Mixail Jiroxovun sözlərinə görə, Kadırovun Rusiya üçün döyüşməyə göndərdiyi qoşunların qırılması onların yerləşdiyi mövqeyə görədir. Çeçenlərin olduğu hərbi hissə Ukrayna hərbçilərinin uğurlu əməliyyat keçirməsi üçün "əlverişli" mövqedədir.
Bu hərbi qoşunlar çeçenlərin Uzaq Şərqdə, Uraldan kənarda, Buryatiya və Tuvada yerləşən bölmələrindən yaradılıb. Onların itki səviyyəsi də dəfələrlə yüksəkdir.
"Ukraynada yüzlərlə adamı öldürülsə də , Kadırov Putindən imtina edə bilmir. Ona görə də məcbur qalıb qələbəni təmin etmək üçün getdikcə daha çox əsgərini qırğına göndərir. Yəni o, şəxsən Putinə sadiqliyini nümayiş etdirir" -ekspert qeyd edir.
Qeyd edək ki, bu qədər itkilərə rəğmən Rusiya ictimaiyyətinin müharibəyə kəskin etiraz bildirməməsinin və hələ də Putini dəstəkləməsinin əsas səbəbi , müharibədə ölənlərin daha çox qeyri-ruslardan ibarət olmasıdır.
Safura,
SİTAT.İNFO