Polis mayoruna yeni vəzifə verildi

10:54 22 İyun 2022

Daxili işlər orqanlarında kadr təyinatı olub.

Sitat.info-nun məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru İftixar Səfərov Bərdə Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin rəisi təyin edilib.

O, bundan əvvəl qədər həmin şöbədə müxtəlif vəzifələrdə çalışıb.



Xəbər xətti