Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi nəticəsində 324 uşaq həlak olub. Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Bildirilir ki, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı silahlı təcavüzü nəticəsində 916-dan çox uşaq xəsarət alıb. Rəsmi yetkinlik yaşına çatmayan 324 uşaq həlak olub, 592-dən çox uşaq yaralanıb. Ötən gün isə rus ordusunun Xarkovu atəşə tutması nəticəsində, Bezruki şəhərində 8 yaşlı qız ölümcül yaralanıb. Həmin gün Donetsk vilayətinin Baxmut rayonunun Çasov Yar qəsəbəsində, “Zolotaya Rıbka” gölməçəsi yaxınlığında atılan atəş nəticəsində 9-16 yaşlarında 5 uşaq yaralanıb. Rus işğalçılarının bombardmanları və top atəşləri nəticəsində 2052 təhsil müəssisəsinə ziyan dəyib. Onlardan 210-u tamamilə məhv edilib.