Azərbaycan Respublikasının Mülki və Miqrasiya Məcəlləsində dəyişiklik edilib.
Sitat.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında Mülki Məcəlləyə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Həmçinin, Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlarında da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Layihə səs çoxluğu ilə qəbul olunub.