Türkiyədə prezident seçkilərində kim qalib gələcək? Siyasətçi proqnoz verdi

14:05 22 İyun 2022

Hazırda həm regionda, həm də ölkəmizdə hər kəsi növbəti il Türkiyədə baş tutacaq prezident seçkilərinin nəticələri düşündürür. Çünki regiondakı və dünyadakı gərginlik fonunda qurulan normal münasibətlər həm də Türkiyənin hazırki rəhbərliyinin şəxsi münasibətləri, yürütdüyü siyasət fonunda qurulub. Hazırda bölgədə 4lü, 5li formatlarda birliklərin qurulması istiqamətində danışıqlar gedir. Bu liderlərdən birinin sıradan çıxması dəngələri poza bilər. Bəs , qardaş ölkə prezidenti Rəcəb tayyib Ərdoğan necə, növbəti dəfə yenidən seçilə biləcəkmi?

Bu sualı Sitat.info üçün şərh edən siyasi şərhçi, Ağ Partiya sədrinin müavini  Əhəd Məmmədli bildirdi ki, seçkilərdə Rəcəb Tayyib Ərdoğanın və Dövlət Baxçalının rəhbərliyi ilə Cümhur ittifaqı qalib gələcək: "Bir çoxları Türkiyədəki iqtisadi vəziyyət, müxalifətin birləşməsi, son bələdiyyə seçkilərində böyük şəhərlərdə Cümhur ittifaqının məğlub olmasını irəli sürərək, seçkilərdə Prezident Ərdoğanın məğlub olacağını deyirlər. Amma mən elə  düşünürəm ki, bütün iqtisadi problemlərə rəğmən Ərdoğan qalib gələcək. Unutmayaq ki, Rəcəb Tayyib Ərdoğan siyasət ustadıdır. O, istər daxili, istərsə xarici siyasətdə atdığı  mühüm və həlledici addımlarla qalib gələ biləcək".

Nigar,

SİTAT.İNFO



Xəbər xətti