Rusiya qoşunları Nikolayevin yaşayış və sənaye infrastrukturuna raket zərbələri endirib.
Sitat.info xəbər verir ki, bu barədə yerli Crime.net saytı və regional Telegram kanalları məlumat yayıb. Nikolaev Regional Hərbi Dairəsinin rəhbəri Vitali Kimin sözlərinə görə, ümumilikdə düşmən şəhərə 7 raket zərbəsi endirib: “Buraxılan raketlərin bir hissəsi, ehtimal ki, hava hücumundan müdafiə sistemi tərəfindən endirilib. Şahidlərin yayımladığı kadrlarda şəhərin üzərində yüksələn yanğın və tüstü görünür. Yaralılar və ya ölənlər barədə hələlik məlumat yoxdur”.
Nigar Abuzər,
SİTAT.İNFO