Türkiyənin Gümüşhane şəhərinin Kürtün rayonunda dağlıq ərazidə qəzaya uğramış Rusiyanın “Orlan-10” pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.
Sitat.info xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Əraziyə nə zaman düşdüyü müəyyən edilməyən PUA-nı göbələk yığmağa gedən vətəndaşlar tapıblar.
1400 kilometr mənzilli PUA-nın müharibə səbəbindən Ukrayna və ya Suriyadan siqnal itdikdən sonra bu bölgəyə gəlib çatdığı güman edilir.
Təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən götürülən PUA ekspertiza üçün paytaxt Ankaraya göndərilib.