Türkiyənin kabusu geri döndü! Marmaris yanır: Təxribat ehtimalı güclüdür...

11:21 23 İyun 2022

Muğlanın Marmaris bölgəsində meşəlik ərazidə baş verən yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Sitat.info xəbər verir ki, Türkiyənin kənd təsərrüfatı naziri Vahid Kirişçi küləyin sürətinin yanğını daha da sürətləndirdiyini bildirib.

Digər tərəfdən, Meşə Müdirliyindən yanğınsöndürən təyyarələrlə bağlı əhəmiyyətli bir açıqlama gəlib.

 Muğlanın Marmaris bölgəsində iyunun 21-i axşam saatlarından başlayan meşə yanğınına 20 helikopter və 14 təyyarə, 1494 personal, 172 su çiləyici, dövlət qurumlarına məxsus 191 maşın, 39 inşaat maşını cəlb olunub. Artıq ikinci gündə 200 hektardan çox əraziyə havadan müdaxilə edilib. Hazırda da işlər davam edir.

Daxili işlər naziri Süleyman Soylu və kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi yanğınla mübarizə işlərini yaxından izləyir.

Nazir Kirişçi təxribat iddiaları ilə bağlı ehtimalları da istisna etməyib: "Bu bizim ixtisasımız deyil. Ancaq yanğının hava qaralana yaxın olması və 3 fərqli yerdən başlaması bu şübhələrə səbəb oldu".

Lamiyə Xəqani,

SİTAT.İNFO



Xəbər xətti