F-16-lar verilməsə, Türkiyə “Tayfun” alacaq

13:13 23 İyun 2022

ABŞ Ankaraya F-16 satmaqdan imtina edərsə, Türkiyə müvəqqəti həll yolu kimi “Tayfun” (Eurofighter Typhoon) qırıcıları ala bilər.

Sitat.info xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.

Məlumata görə, Türkiyə HHQ komandanı general Həsən Küçükkakuz ötən ay “Eurofighter” konsorsiumunun əsas istehsalçısı olan İngiltərəyə səfər edib. Səfər zamanı o, Britaniya ordu komandiri, marşal Mayk Vinqstonla görüşüb. Küçükköküz burada sözügedən döyüş təyyarələrini öyrənib.

Adı açıqlanmayan türk rəsmisi isə "Tayfun” qırıcılarının çox yaxşı olduğunu qeyd edib:

“Əlbəttə, əgər biz F-16-ları ala bilməsək, bu, müvəqqəti seçim ola bilər”.



Xəbər xətti