SON DƏQİQƏ! Rusiya dünyaya elan etdi: Ukrayna qoşunları mühasirədə!

13:00 23 İyun 2022

Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibə son vaxtlar Ukraynanın şərq vilayətlərində daha da şiddətlənib.
 Sitat.info xəbər verir ki, hər iki ordu bölgəyə nəzarət etmək üçün bütün gücünü səfərbər edib. Qanlı toqquşmalara səhnə olan bölgə daha da alovlanır. 

Rusiyanın TASS agentliyinin məlumatına görə, Rusiya qüvvələri Lisıçanskın cənubunda Ukrayna qoşunlarını mühasirəyə alıb.

Tanınmamış "Luqansk Xalq Respublikası" (LPR) 1300-ə yaxın ukraynalı əsgərin Lisıçanskın cənubundakı Hirske və Zolote bölgəsində Rusiya qüvvələri tərəfindən mühasirəyə alındığını açıqlayıb.
 
İşğalçı qüvvələr Lisıçanskdan təxminən 12 kilometr cənub-qərbdə yerləşən Volçeyarovka kəndini ələ keçirib.
 Ukrayna prezidenti Zelenski Avropaya silah tələbini təkrarlayıb. Zelenski Qərbi döyüş meydanına Rusiyanın gücünə bərabər ağır silahların daşınmasını sürətləndirməyə çağırıb.
 "Donbasa böyük hava və artilleriya hücumları var" deyən Zelesnki bölgənin kənd-kənd işğal edildiyini deyib: "Onlar “Donbası” mərhələ-mərhələ məhv etmək istəyirlər. Lısıçansk, Slovyansk, Kramatorsk... Bu şəhərlərdən hər birini Mariupola çevirməyi hədəfləyirlər.

Xatırladaq ki, fevralın 24-də müharibə başlayanda şərq ərazilərinin üçdə ikisi Ukraynanın nəzarəti altında idi. Qalanları 2014-cü il müharibəsindən bəri rusiyapərəstlər tərəfindən birtərəfli qaydada  Rusiyanın dəstəklədiyi kiçik muxtar vilayətlər kimi fəaliyyət göstərirdi. Müharibə başlamazdan bir neçə gün əvvəl Putin bu iki bölgənin Ukraynadan çıxarıldığını bəyan edib, müstəqilliyini elan etdi.
Əgər Rusiya bu regionların hər ikisini tamamilə ələ keçirsə, Putinə “uğur” əldə etmək üçün böyük fürsət yaranır. Əsas hədəf isə bütövlükdə Donbasın ilhaqıdır.

Safura Bənnayeva

SİTAT.İNFO
 
 



Xəbər xətti