Rusiyadan gözlənilməz xəbərdarlıq: Türkiyəyə gedin!

13:28 23 İyun 2022

Ukrayna müharibəsinə görə Qərbi düşmən elan edən Rusiya öz vətəndaşlarına Türkiyəyə getməyi çağırış edib.

Sitat.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Avropa Departamentinin rəhbəri Yuri Pilipson Rusiyanın TASS xəbər agentliyinə müsahibəsində xaricə gedən Rusiya vətəndaşlarına məsləhətlər verib.

Rusiyanın Ukraynaya hücumundan sonra bir çox Avropa ölkəsinin Moskva rəhbərliyinə qarşı sanksiyalar tətbiq etdiyini xatırladan Pilipson, düşmən münasibət sərgiləyənlərə rusların da cavab verməli olduğunu deyib. 
 Şərqi Avropa və Balkanlarda istirahət etmək istəyən ruslara xəbərdarlıq edən Pilipson xatırladıb ki, bu bölgədəki ölkələrin əksəriyyəti Rusiya hökuməti tərəfindən düşmən ölkələr siyahısına salınıb 
Səyahət marşrutunun seçilməsinin vacibliyini vurğulayan rusiyalı diplomat əhaliyə, ölkənin maraqları nəzərə alınmağı məsləhət  görüb: "Türkiyə, Serbiya, Bosniya və Herseqovina kimi ölkələrə gedin. Bunda heç bir problem görmürük. Bu ölkələr məsələyə sağlam düşüncə ilə yanaşıblar".
O əlavə edib ki, Rusiya tərəfi, Ankaranın "rusların Türkiyədə tam və təhlükəsiz istirahəti üçün hər cür şəraitin yaradılacağı" ilə bağlı vədlərindən razıdır.
 
Safura Bənnayeva

Sitat.info



Xəbər xətti