Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak etmək üçün bu ölkəyə göndərilir.
“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı FHN yayıb.
Təyyarənin yaxın bir saatda Türkiyəyə yola salınacağı gözlənilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda meşə yanğınları başlayıb.