Daxili İşlər Nazirliyi Bakıda adam oğurluğu ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
SİTAT.İNFO xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, görüntüdə əks edilən hallar quldurluq cinayəti üzrə axtarışda olan şəxsin tutulması istiqamətində keçirilən tədbiri əks etdirir:
“Həmin şəxs tutularaq istintaqa təhvil verilib”.