Ukrayna üçün kritik qərar! Zelenskini və Ukrayna xalqını təbrik etdilər...

23:55 23 İyun 2022

Belçikanın paytaxtı Brüsseldə bir araya gələn Avropa İttifaqı (Aİ) liderləri AB Komissiyasının tövsiyəsini bəyənərək, Ukrayna və Moldovaya “namizəd ölkə statusu” verilməsi ilə bağlı razılığa gəliblər.

Sitat.info xəbər verir ki, Aİ Şurasının sədri Çarlz Mişel sosial media hesabından verdiyi açıqlamada qərarı açıqlayıb: "Avropa Şurası Ukrayna və Moldovaya Aİ-yə namizəd statusunun verilməsi barədə qərar qəbul edib. Tarixi bir andır. Bu gün Aİ yolunda mühüm addım atılır”.

Çarlz Ukrayna prezidenti Vladimir Zelenski və Ukrayna xalqını, Moldova Prezidenti Maya Sandu və Moldova xalqını təbrik edib.

Mişel həmçinin Aİ Liderlərinin Gürcüstanın Avropa perspektivini tanımaq qərarına gəldiyini  deyib. Onun sözlərinə görə, Aİ-nin müəyyən edilmiş prioritetlər yerinə yetirilən kimi Gürcüstana “namizəd ölkə statusu” verməyə hazırdırlar: "Gürcü xalqını təbrik edirəm. Bu, Aİ-Gürcüstan münasibətlərində tarixi məqamdır. Gürcüstanın gələcəyi Aİ-dədir”.

Nigar,

SİTAT.İNFO



Xəbər xətti