"Ukrayna Aİ-də olacaq" - Zelenskinin komandası üzvlük üçün tələsir...

00:46 24 İyun 2022

Zelenski Ukraynanın Avropa İttifaqına daxil olması üçün növbəti addımlar barədə danışıb. Prezident Aparatının rəhbəri Andriy Yermak əmin edir ki, hakimiyyət Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq üçün lazımi planı tez bir zamanda həyata keçirəcək. 

Yermak bu qələbə üçün lazım olan hər şeyi etdiklərinə görə Aİ ölkələrinin liderlərinə, Avropa Komissiyası və Avropa Şurasının prezidentlərinə, ukraynalı parlamentarilərə, rəsmilərə, prezident Vladimir Zelenskinin bütün komandasına təşəkkür edib.

"Biz Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamağa imkan verəcək lazımi planı tez həyata keçirmək üçün hər şeyi edəcəyik. Ukrayna Aİ-də olacaq", - o deyib.
Qeyd edək ki, fevralın 28-də prezident Vladimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini imzalayıb.

Bu gün, iyunun 23-də Avropa Şurası Ukraynaya Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsi barədə qərar qəbul edib.

Aİ-yə daxil olmaq yolunda zəruri addımlar , Ukrayna Konstitusiya Məhkəməsi hakimlərinin seçilməsi proseduru, o cümlədən onların vicdan və peşəkar bacarıqlarının qiymətləndirilməsi əsasında ilkin seçim prosesi ilə bağlı qanunvericiliyin qəbulu və həyata keçirilməsidir. Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq bunlar həyata keçirilməlidir. 

Həmçinin Ali Ədliyyə Şurasının üzvlüyünə namizədlərin dürüstlüyünün yoxlanılması və Ukrayna Hakimlərinin Yüksək İxtisas Komissiyasına namizədlərin seçimini başa çatdırmaq lazımdır.

Bundan əlavə, Ukrayna korrupsiyaya qarşı mübarizəni xüsusilə yüksək səviyyədə gücləndirməli, seçimi başa çatdırmalı və NABU-nun yeni direktoru və SAPO-nun prokurorunu təyin etməlidir.

Plana bir sıra digər tədbirlər də daxildir.

Nigar,

SİTAT.İNFO



Xəbər xətti