Bütün ermənilərin katolikosu II Qaregin Üçmüədzində Xankəndidə özünü respublika elan etmiş qondarma "Artsax"ın dövlət naziri Artak Beqlaryanı və "ombudsman"ı Geqam Stepanyanı qəbul edib.
Sİtat.info erməni mediasına istinadən xəbər verir ki, tərəflər hazırda "Artsax" ermənilərinin qarşısında duran çağırışları və 44 günlük müharibənin nəticələrinin aradan qaldırılması üçün tədbirləri müzakirə ediblər.
"Artsax" xalqına dəstək üçün milli potensialın və səylərin birləşdirilməsinin vacibliyi qeyd edilib.
Söhbət zamanı tərəflər qondarma qurumun tarixi, mədəni və mənəvi irsinin qorunması, "respublika" ilə diaspor arasında əlaqələr məsələlərinə toxunublar.
Xəbərdə deyilir ki, katolikos "Artsax" rəhbərliyinin kilsəyə qayğıkeş münasibətini yüksək qiymətləndirib.
Ləman,
SİTAT.İNFO