Pentaqonun mətbuat katibi Todd Breassial bildirib ki, Kiyev üçün nəzərdə tutulan hərbi yardıma dörd ədəd "M142" Yüksək Hərəkətli Artilleriya Raket Sistemi (HIMARS) daxildir.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Vaşinqton HİMARS-la yanaşı ukraynalılara əlavə sistemlər göndərməyi də düşünür.
Breassial qeyd edib ki, ümumulikdə ABŞ Ukraynaya təxminən 6,8 milyard dollar təhlükəsizlik yardımı ayırıb.
Ukraynalı deputat Aleksandra Ustinova bildirib ki, Kiyev daha çox silah-sursat istəyib. HIMARS-ın növbəti partiyası da yoldadır.
Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Twitter” səhifəsində dörd HİMARS-ın ilk partiyasının artıq gəldiyini bildirərək, həmkarı və dostu Lloyd Ostinə “güclü alətlər”ə görə təşəkkür edib.
Ötən həftə Ukrayna prezidentinin müşaviri Rusiya ilə ağır silah bazasına nail olmaq üçün Kiyevə 300 MLRS atıcısı, 500 tank və min haubitsa lazım olduğunu bildirib.
-la bu videodan tanış ola bilərsiniz:
Safura Bənnayeva