1300 ukrayna əsgəri mühasirəyə düşdü - ABŞ-ın "HİMARS raketini gözləyirlər

10:04 24 İyun 2022

Rus ordusunun Donbas bölgəsində irəliləyiş əldə etdiyi qeyd edilir. Əsasən kritik əhəmiyyətli Severodonetskdə nəzarəti ələ keçirən rus qoşunları Lisiçanskdan təxminən 5 kilometr cənuba doğru irəliləyib. Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya qüvvələrinin Lisiçanskın cənubunda 1300-ə yaxın ukraynalı əsgərin mühasirəyə aldığı bildirilir. Belə bir vəziyyətdə Ukrayna ordusunun çətin seçim qarşısında olduğu deyilir.

Ukrayna qüvvələri Lisiçanski müdafiə etmək və ya taktiki geri çəkilmə manevri etmək qərarına gələ bilər. Lisiçanskın müdafiəsinin çoxlu hərbi və mülki itkilərə səbəb olacağı gözlənilir.

Rusiya qüvvələri Severodonetski artilleriya atəşi ilə vurarkən, mülki və hərbi hədəflər arasında fərq qoymadığı bildirilir. Lakin şəhərin nisbətən yüksəklikdə yerləşməsi Ukrayna ordusuna müdafiə baxımından əhəmiyyətli üstünlük verir. Bu üstünlük sayəsində həftələrlə rusların hücumlarını dəf etməyin mümkün olduğu bildirilir.

Ukrayna silahlı qüvvələri ABŞ istehsalı olan raket sistemlərini gözlədiklərini bildirirlər. ABŞ-ın göndərdiyi və müharibədə Ukrayna hərbçilərinə əhəmiyyətli güc təmin edəcəyi gözlənilən HIMARS raket sistemləri Ukraynaya gəlib. Ukraynanın müdafiə naziri Oleksii Reznikov amerikalı həmkarı Lloyd Ostinə sistemin ölkəyə gəldiyini elan edərkən təşəkkür edib.

Safura Bənnayeva



Xəbər xətti