Xəbər verdiyimiz kimi, iyunun 24-də Azərbaycan Respublikası Audiovizual Şurası 21 iyun 2022-ci il tarixdə saat 22:30-23:40 arası yayımlanan “Elin sözü” proqramında aparıcı Elçin Əlibəylinin işlətdiyi ifadələrə görə “Speys” televiziyasına ciddi xəbərdarlıq edib.
Kult.az xəbər verir ki, Şura E.Əlibəylinin sözlərini “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) və 14.1.12-ci maddələrinin (parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməsi) tələblərinin pozulması kimi dəyərləndirib.
E.Əlibəylinin sözügedən proqramda kanala xəbərdalığa səbəb olan çıxışını təqdim edirik: