Rusiyanın xarici işlər naziri Sergey Lavrov, "İkinci Dünya Müharibəsi başlayanda Hitler Sovet İttifaqına qarşı müharibə üçün Avropa ölkələrinin hətta əksəriyyətini öz bayrağı altında topladı. Hazırda Avropa İttifaqı, NATO ilə birlikdə Rusiyaya qarşı bu şəkildə mübarizə aparır. Onlar koalisiya qurur”.
Sitat.info xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfəri çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdə səsləndirib. Görüşdən sonra ikili birgə mətbuat konfransı keçirib. Rusiya-Ukrayna müharibəsi ilə bir daha Avropa Birliyi (AB) və NATO-nu hədəf alan Lavrov bu şəkildə ittiham irəli sürüb.
Lavrov həmçinin Aİ-də anti-Rusiya münasibətinin yaxın və uzunmüddətli perspektivdə dəyişəcəyinə inanmadıqlarını və bunun avropalıların seçdiyi yol olduğunu bildirib.
Nİgar,
SİTAT.İNFO