“Azeri Light”ın qiyməti 126 dollara çatır

“Azeri Light”ın qiyməti 126 dollara çatır
İQTİSADİYYAT 25 Sentyabr 2026 10:00
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Sitat.info xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 4,51 ABŞ dolları və ya 3,7% artaraq 125,94 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 121,43 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.