Qazaxıstanda matəm elan edildi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində hərbi qulluqçuların həlak olması ilə əlaqədar 25 sentyabr tarixini milli matəm günü elan edib.
Sitat.info xəbər verir ki, bu barədə qərarı prezidentin mətbuat xidməti açıqlayıb.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 11:10 radələrində Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimində 19 hərbçini dalğa aparıb. Məlumata görə, hərbçilərdən 9-u həlak olub, 3-ü xilas edilib, qalan 7-nin axtarışları davam etdirilir.