BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Birləşmiş Ərəb Əmirlikləri ABŞ sanksiyalarına uyğun olaraq İran aviaşirkətləri tərəfindən həyata keçirilən uçuşları dayandırıb.
Sitat.info xəbər verir ki, bu barədə İranın Aviasiya Təşkilatı məlumat verib.
Bildirilib ki, İran aviaşirkətlərinin Birləşmiş Ərəb Əmirliklərinə bütün uçuşları gecə yarısından etibarən ləğv edilib.