44 yaşlı qadın evində YANDI
Cəlilabad rayonunda qadın evində yanıb.
Sitat.info xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 14 radələrində rayonun Uzuntəpə kəndində baş verib.
Kənd sakini 1982-ci il təvəllüdlü Aidə Şıxəliyeva yaşadığı evdən termiki xəsarətlə xəstəxanaya gətirilib. Onun evdə maye qazdan yandığı bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.