Nuri Əhmədov vəfat etdi

Nuri Əhmədov vəfat etdi
HADİSƏ 24 Sentyabr 2026 10:45
Bakı Beynəlxalq Caz Festivalının qurucularından biri olan Nuri Ağa Mirzə oğlu Əhmədov vəfat edib

Sitat.info xəbər verir ki, bu barədə aktyor Bəhram Bağırzadə məlumat yayıb.

N.Əhmədovun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Nuri  Əhmədov 1995-2014-cü illərdə Azərbaycan-Britaniya birgə müəssisəsi olan "AzEuroTel" şirkətinin qurucusu və baş direktoru olub.