“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” AZCON-un idarəetməsinə verildi - FƏRMAN

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” AZCON-un idarəetməsinə verildi - FƏRMAN
SİYASƏT 23 Sentyabr 2026 16:17

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə veriləcək qurumların siyahısına daxil edilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev tərəfindən fərman imzalanıb.

Fərmana əsasən, Prezidentin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısına yeni bənd əlavə edilib.

Belə ki, siyahıya 8.7-ci bənd əlavə olunaraq “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti AZCON-un idarəetməsinə veriləcək qurumlar sırasına daxil edilib.

Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.