17 yaşında həbs edilmişdi - 9 ildən sonra əfv olundu

17 yaşında həbs edilmişdi - 9 ildən sonra əfv olundu
HADİSƏ 23 Sentyabr 2026 12:19
Dövlət başçısının bu gün imzaladığı əfv Sərəncamı ilə azadlığa buraxılan şəxslər arasında 26 yaşlı Əliyev Maarif Eldar oğlu da var.

Sitat.info xəbər verir ki, 2017-ci ildə 17 yaşında ikən törətdiyi cinayət əməlinə görə saxlanılan və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilən Maarif 9 ildən sonra azadlığa qovuşub.

Qeyd edək ki, əfv edilənlər arasında M.Əliyevlə yanaşı, bir neçə digər gənc də var.