Yük maşını yanıb kül oldu - Video

Yük maşını yanıb kül oldu - Video
HADİSƏ 23 Sentyabr 2026 10:27
Culfa rayonu ərazisində qoşqulu yük avtomobilində yanğın baş verib.

Sitat.info  xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal Culfa Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Scania” markalı yük avtomobilindəki yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yük avtomobilinin kabin hissəsi və 1 ədəd qoşqusu yanıb, digər qoşqu yanğından mühafizə olunub.

https://youtu.be/oCHzNMJcpXM?si=UuAlfpnqSIJTh-xi