İran müharibəsində diplomatik yolla heç nə həll olunmayıb - Analitik
Corctaun Universitetinin Qətərdəki kampusunun analitiki və dosenti Lusiano Zakkara İran müharibəsi ilə bağlı açıqlama verib.
Sitat.info-nun məlumatına görə, Zakkara “Al Jazeera”ya bildirib ki, BMT-nin faydalı olub-olmaması ilə bağlı geniş müzakirələr aparılır.
Onun sözlərinə görə, hazırkı vəziyyət bir il əvvəllə müqayisədə daha mürəkkəbdir və altı aydan çoxdur davam edən müharibədə qısa müddətli atəşkəslər istisna olmaqla, diplomatik yolla heç bir məsələ həll edilməyib.
Zakkara Yaxın Şərqdəki münaqişələrdən birinin ikitərəfli danışıqlar yolu ilə sülhlə nəticələnəcəyinə “optimist olmadığını” deyib.
Analitik hesab edir ki, tərəflər danışıqlarda indiyədək tutduqları mövqeləri yenidən təsdiqləməklə kifayətlənə bilərlər.
O bildirib ki, İran Prezidenti Məsud Pezeşkian İranın müqavimət göstərmək və ABŞ-ın tələblərinə təslim olmamaq niyyətini bir daha vurğulayacaq.
Zakkara ABŞ Prezidenti Donald Trampın da mövcud siyasətini dəyişdirəcək hər hansı açıqlama verəcəyini gözləmədiyini söyləyib.
Aytac,
Sitat.info