Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi
SİYASƏT 23 Sentyabr 2026 09:50
Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın təşkil etdiyi qəbulda iştirak edib.

Sitat.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında məlumat verilib.

Qəbul 8 avqustda (2025-ci il) Vaşinqtonda keçirilən sammit və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra Azərbaycan-ABŞ tərəfdaşlığının artdığı bir vaxtda baş tutub.

Bildirilib ki, tərəflər əlaqələr, enerji, ticarət və investisiyalar da daxil olmaqla, əməkdaşlığın daha da gücləndirilməsini gözləyirlər.