Gələn ildən Naxçıvanda geoloji kəşfiyyat işləri başlayacaq - Prezident açıqladı
“Digər perspektivli bölgə Naxçıvan Muxtar Respublikasıdır”.
Qlobalnet.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib.
“Orada da vaxtilə, - sovet dövrünü nəzərdə tuturam, - və son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmamışdır. Ona görə orada da böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq yəqin ki, gələn ildən başlayacaq”, - deyə Prezident əlavə edib.