Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi  

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi  
HADİSƏ 22 Sentyabr 2026 11:50
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirib.

Sitat.info xəbər verir ki, qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan, əvvəllər qəsdən adamöldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilmiş M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən tabel silahı tətbiq olunmaqla M.Mirzəyev zərərsizləşdirilib.

Hadisə yerindən “Makarov” markalı tapança aşkar edilərək götürülüb

Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.