Türkiyədə məktəbə silahlı hücum: 1 ölü, 4 yaralı 

Türkiyədə məktəbə silahlı hücum: 1 ölü, 4 yaralı 
HADİSƏ, Dünya 22 Sentyabr 2026 11:00
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonundakı İnci Üzməz Peşə və Texniki Anadolu Liseyi qarşısında silahlı hücum baş verib.

Sitat.info NTV-yə istinadla xəbər verir ki, hücum zamanı 4 şagird xəsarət aldıb.

Hadisə yerinə çoxlu sayda polis və təcili yardım briqadası cəlb edilib.

***

İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verən silahlı hücum zamanı xəsarət alanların sayı 5 nəfərə çatıb.

Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu vurğulanıb.

İnsidentin hansı səbəbdən baş verməsi barədə dəqiq məlumat yoxdur.

***

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında baş verən silahlı hücum nəticəsində 1 nəfər ölüb.

Bu barədə Turgutlu Bələdiyyə sədri Çətin Akın məlumat verib.

Onun sözlərinə görə, 4 nəfər yaralı var.

Hadisəni törədən şəxsin axtarışları davam edir.

***

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı insident törədən şəxs saxlanılıb.

Bu barədə Manisa Valiliyi məlumat yayıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.