Nərimanovda yaşayış binasında baş verən yanğın söndürüldü

Nərimanovda yaşayış binasında baş verən yanğın söndürüldü
HADİSƏ 21 Sentyabr 2026 18:56

 

Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən onaltımərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində mənzildə baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hadisə zamanı xəsarət alan olmayıb.