Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir 

Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir 
HADİSƏ 19 Sentyabr 2026 17:58

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 2 nəfər dənizdə nəzarətsiz ərazidə batıb.

Sitat.info  xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Hazırda vətəndaşların batdıqları ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.