Qaxda iki maşın toqquşdu - Ölən var +Foto-Yenilənib
Qaxda iki minik avtomobili toqquşub.
Sitat.info xəbər verir ki, hadisə səhər saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar - Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.
Qəza zamanı xəsarət alan Gülnarə Cəfərova Qax Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo
