Şəmkirdə 3 avtomobil toqquşub - FOTO

Şəmkirdə 3 avtomobil toqquşub - FOTO
HADİSƏ 19 Sentyabr 2026 13:52
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki hadisə Şəmkir şəhərinin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21014", "Opel" və "Mercedes" markalı minik maşınları toqquşub.

Avtomobillərdən biri yol kənarındakı maneəyə, ikisi isə ağaca çırpılıb.

Nəticədə xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

\\\APA