Tramp Rusiyaya qarşı sanksiya qanununu imzaladı
Sitat.info xəbər verir ki, sənəd ABŞ prezidentinə Rusiya enerji məhsullarının əsas alıcılarına 100 faizə qədər tariflər tətbiq etmək, eləcə də Rusiyadan idxala 500 faizə qədər rüsum tətbiq etmək səlahiyyəti verir.
Sənəd həmçinin İranın ticarət tərəfdaşlarına da rüsum tətbiqinə şərait yaradır.
Qanunun qəbulu sanksiyaların məcburi tətbiqinə zəmanət vermir: prezident yenə də qərarı üçün yazılı əsaslandırma təqdim etməklə onlardan imtina edə bilər. Üstəlik, bunun üçün Konqresin təsdiqinə ehtiyacı yoxdur.
Başqa sözlə, Tramp sanksiyaların tətbiq edilib-edilməməsinə faktiki olaraq özü qərar verə biləcək. Yalnız imtina edəcəyi təqdirdə qərarının səbəbini Konqresə izah etməli olacaq.
Sənədi imzaladıqdan sonra Trampın indi sanksiyalar tətbiq etmək və ya güzəşt almaq üçün 30 günü var. Bu müddət təxminən oktyabrın 18-dəkdir.