Medvedevdən seçkilərlə bağlı sərt açıqlama
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkədə keçirilən seçkilərdə iştirakın vacibliyindən danışıb.
Sitat.info xəbər verir ki, Medvedev seçki məntəqəsində səs verərkən çəkilmiş videonu “Telegram” kanalında paylaşaraq bildirib ki, seçkilərdə iştirak edən hər bir şəxs “düşmən üzərində qələbəni” yaxınlaşdırır.
“Seçkilərdə iştirak edən və bununla da səs verən hər kəs düşmənimiz üzərində qələbəmizi yaxınlaşdırır”, – deyə Medvedev bildirib.
Rusiyada parlament seçkiləri sentyabrın 18-dən 20-dək keçirilir. Bu, 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlamasından sonra ölkədə keçirilən ilk parlament seçkiləridir.