“Aşk-ı Memnu”nun aktrisası vəfat edib
Türkiyənin tanınmış teatr və kino aktrisası Gülsen Tuncer 81 yaşında vəfat edib.
Sitat.info xəbər verir ki, bu barədə məlumatı aktrisanın sənət yoldaşları sosial şəbəkə hesablarında paylaşıblar.
Gülsen Tuncerin bir müddətdir xərçənglə mübarizə apardığı bildirilirdi.
Qeyd edək ki, o, “Çalıkuşu”, “Fazilet Hanım ve Kızları”, “Aşk-ı Memnu” seriallarında canlandırdığı obrazlarla daha geniş kütlənin rəğbətini qazanmışdı.