17 yaşlı qız yatağa zəncirləndi: valideynləri saxlanıldı
Türkiyənin Zonguldak şəhərində 17 yaşlı Sıla T. dostları ilə icazəsiz ticarət mərkəzinə getdiyi üçün valideynləri tərəfindən döyülərək yatağa zəncirlənib.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Evdə qandallanmış vəziyyətdə tapılan qız və üç qardaşı xəstəxanada müayinə edilib, onların hamısında zorakılıq izləri aşkarlanıb. Dörd uşaq dövlət himayəsinə götürülüb.
Hadisə ilə bağlı ana Sevil T. və ata Səlahəddin T. həbs edilib./Axar.az