Paşinyan sülh sazişinin razılaşdırılmasının səbəbini açıqladı
"Ermənistanla Azərbaycan arasında sülh sazişi üzrə danışıqların uğurla başa çatması tərəflərin müəyyən məqamda “mexaniki qarşılıqlılıq” prinsipindən uzaqlaşmaq qərarı verməsi ilə mümkün olub".
Sitat.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Biz elə bir vəziyyətlə qarşılaşdıq ki, sülh sazişinin mətnini "pinq-ponq" üsulu ilə daha da təkmilləşdirmək artıq mümkün deyildi. Qarşımızda seçim yarandı: qarşılıqlılıq əsasında bu "pinq-ponqu" davam etdirmək, yoxsa fərqli məntiq formalaşdırmaq yolunu seçmək.
Biz bu mətnlə razılaşmaq qərarına gəldik.
Biz qonşularımızla elə münasibətlər qurmalıyıq ki, qarşılıqlı sabitlik və iqtisadi rifah hər iki tərəf üçün faydalı olsun", - deyə Paşinyan bildirib.